...

Bələdiyyə seçkiləri ilə bağlı 1239 nəfər namizədliyini irəli sürüb

Siyasət Materials 10 İyul 2006 19:10 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 1239 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Onlardan 1172 nəfəri imza vərəqi götürüb.

Seçki sənədlərini təqdim edənlərin sayı isə 202 nəfərdir.

131 nəfərin namizədliyi qeydə alınıb. Seçki marafonuna qoşulanlardan 63 nəfəri bitərəf, 61-i Yeni Azərbaycan Partiyasının, 4-ü AXCP-nin, 2-si Sosial Rifah Partiyasının üzvüdür. Qalan partiyaların hər birindən hələlik 1 nəfər namizədliyini verib.

Qeyd edək ki, bu il oktyabrın 6-da 604 bələdiyyə üzrə təkrar, əlavə, yeni və ilk seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti