...

Azərbaycan və Qazaxıstanın Hesablama Palataları əməkdaşlığa dair saziş imzalayıb

Siyasət Materials 11 İyul 2006 13:19 (UTC +04:00)
Azərbaycan və Qazaxıstanın Hesablama Palataları əməkdaşlığa dair saziş imzalayıb

Bu gün Bakıda Azərbaycanın Hesablama Palatası Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsi ilə əməkdaşlığa dair saziş imzalayıb. Trend in xəbər verdiyi kimi, sənəd Namiq Nəsrullayev və Omarxan Oksikbayev tərəfindən imzalanıb.

"Azərbaycan və Qazaxıstan eyni inkişaf modelinə malikdir və bu, əməkdaşlığı daha da səmərəli edir", - deyə AHP-nin başçısı Namiq Nəsrullayev bildirib.

Sazişin əsas hissəsini Xəzər dənizindəki bioloji ehtiyatların, o cümlədən nərə balığı növlərinin qorunması və rasional istifadəsinə yönəlmiş vəsaitlərdən səmərəli istifadənin auditi təşkil edir. Bu proses 2006-cı ildə Rusiya Hesablama Palatasının da iştirakı ilə həyata keçiriləcək.

Bu gün Omarxan Oksikbayevin Azərbaycan parlamentində görüşləri gözlənilir. Qazaxıstan nümayəndə heyətinin səfəri iyulun 13-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti