...

Bakının nəqliyyat sektorunda islahatlar aparılacaq

Siyasət Materials 12 İyul 2006 15:05 (UTC +04:00)
Bakının nəqliyyat sektorunda islahatlar aparılacaq

Azərbaycan Nəqliyyat nazirliyi Bakı şəhəri icra hakimiyyətinin nəqliyyat departamentinin ləğvi və onun respublikanın Nəqliyyat nazirliyinin sərəncamına verilməsi haqqında prezident sərəncamı çərçivəsində "təhvil-təslim"lə məşğul olacaq komissiya yaradıb. Trend in verdiyi xəbərə görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, şəhər icra hakimiyyəti ləğvetmə komissiyası yaratmalı və departamenti ləğv edərək, onu nazirliyin sərəncamına verməlidir. "Bundan sonra Nəqliyyat Nazirliyi yeni qurumların yaradılmasının və ya departamentin mövcud qurumları əsasında işin mümkünlüyünü nəzərdən keçirəcək", - deyə o qeyd edib.

"Prezidentin sərəncamı ilə bu orqan yenidən formalaşdırılıb və sərəncamda göstərildiyi kimi, bu, idarəetmədə təkrarçılığın olmaması və eyni zamanda islahatların keçirilməsi üçün edilib. İslahatlar, əsasən, şəhər nəqliyyatının intizamlı olması, sərnişin axınının öyrənilməsi və, ən əsası, nəqliyyat sisteminin müasir səviyyədə olması üçün aparılır", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti