...

Avropa Şurası Nazirlər Komitəsinin AQO Monitorinq Qrupunun sədri dəyişdirilib

Siyasət Materials 12 İyul 2006 20:22 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsinin AQO Monitorinq Qrupunun sədri dəyişdirilib

Avropa Şurası Nazirlər Komitəsinin AQO Monitorinq Qrupunun sədri dəyişdirilib. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Avropa Şurasındakı səfiri Aqşin Mehdiyev bildirib.

A.Mehdiyev onu da qeyd edib ki, iyulun 12-də Avropa Şursının Nümayəndələr Komitəsində AQO qrupunun Cənubi Qafqaza səfərinin yekunlarına dair hesabatı dinlənilib.

Qeyd edək ki, AQO qrupu iyunun 13-14-də Azərbaycanda səfərdə olub və ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri necə yerinə yetirməsini araşdırıb. Səfər zamanı AQO qrupu siyasi partiyaların təmsilçiləri, hüquq müdafiəçiləri, dövlət rəsmiləri ilə görüşüb, prezident İlham Əliyevin qəbulunda olub.

A.Mehdiyev bildirib ki, hesabatla bağlı çıxış edərək Azərbaycanın mövqeyini bildirib. Səfir eyni zamanda AQO qrupu tərəfindən hazırlanan məruzənin normal olduğunu bildirib. Onu da əlavə edib ki, məruzə ilə bağlı Ermənistan səfiri də çıxış edib. A.Mehdiyev onu da əlavə edib ki, həmin gün AQO qrupunun rəhbərinin də dəyişdirildiyi elan olunub: "Qrupun sabiq rəhbəri, Almaniyanın səfiri Ronald Veneqer bu günlərdə Strasburqu tərk edəcək. Onun yerinə İsveçin səfiri Qper Styorqan təyin olunub".

Xəbər lenti

Xəbər lenti