...

İlham Əliyev Fransanın milli bayramı münasibətilə Jak Şirakı təbrik edib

Siyasət Materials 13 İyul 2006 16:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də Fransanın milli bayramı - Bastiliyanın alınması Günü münasibətilə həmkarı Jak Şiraka təbrik məktubu göndərib.

Trend in xəbər verdiyi kimi, İlham Əliyev məktubda J.Şiraka müvəffəqiyyət, möhkəm cansağlığı, fransız xalqına sülh və firavanlıq arzulayıb. Məktubda bildirilir ki, bu gün Azərbaycan-Fransa münasibətləri hərtərəfli inkişaf edir. "Hərtərəfli görüşlər və bir sıra sahələrdə qarşılıqlı əməkdaşlıq bunun təzahürüdür",- deyə məktubda deyilir.

İlham Əliyev ümidvar olduğunu bildirib ki, onun bu yaxınlarda Fransaya səfəri və Jak Şirak ilə görüşü əlaqələrin genişləndirilməsinə təkan verəcək. "Biz ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın Azərbaycanın ən ağır problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk. Ümid edirəm ki, münaqişənin həlli üçün Fransanın göstərdiyi səylər gələcəkdə də davam edəcək", - deyə məktubda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti