...

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşüb

Siyasət Materials 13 İyul 2006 21:17 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara verilməsi mərasimindən sonra Azərbaycan prezidenti İlham Əlyiev Turkiyənin baş naziri Rəcəb Tayyib Erdoğanla görüşüb. Bu barədə Trend "AzTI" telekanalına istinadən xəbər verir.

Görüşdə tərəflər BTC kəmərinin açılışı münasibətilə bir-birini təbrik edərək Cənubi Qafqaz qaz boru kəməri layihəsinin gerçəkləşdirilməsi və Azərbaycan-Türkiyə əməkdaşlığını müzakirə edib.

Dövlət baçısı Geyhan şəhərinə baş çəkərək Heydər Əliyev adına Azərbaycan-Türkiyə dostluq parkında ictimaiyyətlə görüşüb.

İ.Əliyev və R.T.Erdoğan parkda Heydər Əliyev və Mustafa Kamal Atatürkin şərəfində ucaldılmış heykələri ziyarət ediblər. Prezident İlham Əliyev çıxış edərək Azərbaycan və Türkiyənin iri regional layihələrin gerçəkləşdirilməsində birgə fəaliyyət göstərdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti