...

Avropa Gənclər Parlamenti nümayəndələri Azərbaycana gələcək

Siyasət Materials 14 İyul 2006 11:20 (UTC +04:00)

Avropa Gənclər Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycan Gənclər Parlamentinin (AGP) sədri Ceyhun Osmanlı bildirib.

C.Osmanlı bildirib ki, dəvət AGP tərəfindən olunub: "May ayında Almaniyanın Berlin şəhərində keçirilən Avropa Gənclər Parlamentinin Seçki Konfransında biz onları Azərbaycana səfərə dəvət etdik. Dəvətimiz qəbul olunub. Görünür, yay tətili olduğundan Bakıya səfər təxirə salınıb". C.Osmanlı onu da qeyd edib ki, Azərbaycan Avropa Gənclər Parlamentinin Bakıya səfərinin təşkili və maliyyə xərcini Gənclər və İdman Nazirliyi öhdəsinə götürüb: "Biz avropalı parlamentariləri qəbul etməyə hazırıq".

AGP sədri onu da əlavə edib ki, səfərdə məqsəd Azərbaycan gənclərinin və gənclər təşkilatlarının fəaliyyəti ilə yaxından tanış olmaq və tərəflər arasında əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Qeyd edək ki, Avropa Gənclər Parlamenti Avropa Birliyi və Avropa Şurasının himayəsində fəaliyyət göstərən ən böyük gənclər platformasıdır.

Xəbər lenti

Xəbər lenti