...

ABŞ tərəfindən Cəlilabadda maliyyələşdirilən dəmir yolu layihəsinin başa çatması ilə bağlı mərasim keçiriləcək

Siyasət Materials 14 İyul 2006 16:24 (UTC +04:00)

17 iyul saat 11:00-da Cəlilabad rayonunun Günəşli icmasında yol layihəsinin tam başa çatması ilə əlaqədar açılış mərasimi keçiriləcək. Bu barədə, Trend agentliyinin xəbərinə əsasən, ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Bu layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilib və CHF İnternational tərəfindən həyata keçirilib. Bu layihəsi beş illik icma proqramı olan İcma İnkişafı Fəaliyyəti çərçivəsində Günəşli icmasının İcma İnkişaf Şurasının iclasında USAİD İcma İnkişaf Poqramının ən vacib məsələsi kimi müəyyənləşdirilib.

Məlumatda deyilir ki, Günəşli sakinləri inanırlar ki, bu layihə icmanın infrastrukturunu inkişaf etdirəcək, əsas yola çıxışı təmin edəcək, nəqliyyat şəraitini yaxşılaşdıracaq, icma məhsullarının bazara, həmçinin, icma sakinlərinin məktəbə, xəstəxanaya və s. çıxışını asanlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti