...

Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sessiyası keçirilib

Siyasət Materials 17 İyul 2006 12:53 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 17-ci ildönümü münasibəti ilə Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sessiyası keçirilib. Bu barədə Trend ə partiyanın sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

Əvvəlcə partiya üzvləri Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Milli Azadlıq Hərəkatının, Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin xatirəsi yad edilib, ruhuna dualar oxunub. Ziyarətdən sonra Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında partiyanın Ali Məclisinin sessiyası işinə başlayıb.

Toplantıda AXC-nin yaranmasının 17 illiyi qeyd olunub, Milli Azadlıq Hərəkatı tarixindən danışılıb, Azərbaycanın müstəqillik yolları, hərəkat dövrünün çətinlikləri, şərəfli və uğurlu nəticələri xatırlanıb. Sonra ölkədəki ictimai-siyasi durum, patiyanın qarşısıda duran vəzifələri, ötən sessiyadan bəri keçən dövrdə partiyanın fəaliyyəti, qarşıdan gələn bələdiyyə seçkiləri barədə müzakirələr aparılıb. Həmçinin Güney Azərbaycan məsələsi də müzakirə mövzusu olub. Güneydə baş verən hadisələr, orada yaşayan azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı bəyanat və beynəlxalq təşkilatlara müraciət hazırlanması qərara alınıb.

KXCP-nin bələdiyyə seçkilərində iştirakı barədə müsbət rəy verilib və bildirilib ki, partiyanın namizədlərinin irəli sürülməsi davam edir.

Ali Məclisin sessiyasından sonra partiyada bayram tədbiri keçirilib, AXC-nin ad günü qeyri-rəsmi səviyyədə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti