...

Rəşid Uman: BTC Qazaxıstanın bu layihəyə qoşulması ilə daha da səmərəli olacaq

Siyasət Materials 20 İyul 2006 16:45 (UTC +04:00)
Rəşid Uman: BTC Qazaxıstanın bu layihəyə qoşulması ilə daha da səmərəli olacaq

Trend in Türkiyə Xarici İşlər Nazirliyinin Rusiya, Zaqafqaziya və Orta Asiya (o cümlədən Belorusiya, Ukrayna və Moldova) üzrə departamentinin rəhbəri, səfir Rəşid Umanla eksklüziv müsahibəsi

İyulun 13-də Bakı-Tiflis-Ceyhan boru kəmərinin açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğan yeni Samsun-Ceyhan neft kəmərini xatırladıb. Bu layihə barədə daha ətraflı məlumat verə bilərsinizmi?

- Hazırda layihənin ilkin mərhələsi gerçəkləşdirilir. Artıq iki şirkətə - İtaliyanın ENİ və Türkiyənin Calik şirkətlərinə neft kəmərinin inşası üçün lisenziya verilib. Türkiyə Samsun-Ceyhan neft kəmərinə neft tədarük etmək qabiliyyətinə malik bütün ölkələri dəvət edir və onlar arasında Rusiya və Qazaxıstan birinci yerdədir. Biz hər iki ölkənin öz neftini Samsun-Ceyhan neft kəmərinə verəcəyini gözləyirik ki, bu da Bosfor boğazının yükünü xeyli azaltmağa imkan yaradacaq.

-Rusiya və Qazaxıstanın ilkin razılığı alınıbmı?

-Türkiyə prezidentinin Rusiyaya sonuncu səfəri zamanı bu təklif səsləndirilib. Rusiya XİN başçısı iyunda Türkiyədə olarkən layihənin TİƏ ona təqdim olunub. Məsələ burasındadır ki, artıq Burqas-Aleksandrupolis boru kəməri mövcuddur. Və Rusiya bu iki layihədən hansının daha faydalı olduğunu öyrənməli və müqayisə etməlidir. Qazaxıstanın da bu layihələrdən xəbəri var.

- Əgər TİƏ varsa, deməli, layihənin dəyəri artıq məlumdur?

- Layihənin dəyəri təxminən $1,5-2 mlrd təşkil edir.

- "Kaşaqan" yatağının mənimsənilməsinin və BTC neft kəmərinin doldurulması üçün ilk neftin alınmasının təxirə salınması digər layihələrə təsir etməyəcəkmi?

- İlkin mərhələdə Qazaxıstan BTC boru kəməri üçün 7-8 mln ton neft tədarük edə biləcək. Daha sonra "Kaşaqan"dan da böyük həcmdə neft hasil edilən zaman bu rəqəm 20 mln tonadək artacaq. BTC - səmərəli layihədir və Qazaxıstanın bu layihəyə qoşulması onu daha da səmərəli edir.
Bundan başqa, təkcə bizim üçün deyil, həm də Qazaxıstan üçün də strateji əhəmiyyəti vardır. Qazaxıstanın Rusiya və Çindən sonra 3-cü variantı yaranıb. Bunlar vasitəsilə ölkə öz neftini nəql edə bilər. Əlbəttə, 3 variant olduqda, bu yaxşıdır.

- Aktau-Bakı neft kəmərinin inşası perspektivləri necədir?

- Bildiyiniz kimi, ilkin mərhələdə neft tankerlərlə Aktaudan Bakıyadək nəql olunacaq. Aktau- Bakı neft kəmərinin layihəsi gələcək üçün nəzərdə tutulub. Ancaq biz düşünürük ki, Xəzərin dibi ilə boru kəməri çəkmək və nefti Cənubi Qafqaza nəql etmək mümkün olacaq. Biz bilirik ki, dənizin statusu ilə bağlı məsələ hələ həll olunmayıb. Ancaq biz inanırıq ki, problemlər öz həllini tapacaq və bu, əlbəttə, boru kəmərini inşa edəcək firmaların işini yüngülləşdirəcək.

- Qaxzaxıstan XİN başçısının Türkiyəyə səfəri gözlənilir. Hansı məsələlər müzakirə olunacaq?

- Bu, Kasımjomart Tokayevin Türkiyə XİN başçısının Qazaxıstana əvvəlki səfərlərinə cavab olacaq. Konkret heç bir şey yoxdur. Eyni zamanda Türkiyə parlamenti sədrinin də Qazaxıstana səfəri planlaşdırılır və hələ tarixlər müəyyən edilir. Parlamentlərarası fəaliyyətdə əməkdaşlığa dair protokollar imzalanacaq və əməkdaşlıq üçün zəmin var. Bu səfər zamanı əhəmiyyətli sənəd imzalanmayacaq. Bundan başqa, noyabrın 17-də Antalyada türkdilli ölkələrin liderlərinin sammiti keçiriləcək.

Xəbər lenti

Xəbər lenti