...

Azərbaycan və Polşa arasında bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır

Siyasət Materials 20 İyul 2006 17:17 (UTC +04:00)

Azərbaycan və Polşa arasında bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır. Bu barədə Trend ə Azərbaycan hökumətindən məlumat verilib. Sənədlər ticari-iqtisadi sahələri əhatə edir. Bu sənədlərin Azərbaycan-Polşa hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının sentyabrın 11-12-də Varşavada keçiriləcək I iclası zamanı imzalanacağı gözlənilir.

Hazırda tərəflər qarşıdakı məsləhətləşmələrin gündəliyini hazırlayır. Əsas diqqət iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın perspektivlərinə ayrılacaq.

Xatırladaq ki, komissiya Azərbaycan prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri zamanı hər iki ölkə hökuməti arasında əldə olunmuş razılaşma nəticəsində yaradılıb. Azərbaycan tərəfdən komsissiyanın həmsədri iqtisadi inkişaf naziri Heydər Babayev, Polşa tərəfdən isə iqtisadiyyat naziri Pyotr Vojnyak olacaq.

Xəbər lenti

Xəbər lenti