...

Kosovo, İraq və Əfqanıstanda olan azərbaycanlı sülhməramlıları yeni qruplar əvəz edib

Siyasət Materials 20 İyul 2006 17:54 (UTC +04:00)

Cari ilin iyul ayında Kosovo, İraq və Əfqanıstanda olan azərbaycanlı sülhməramlıları yeni qruplar əvəz edib və həmin ölkələrdə indiyədək xidmət göstərən sülhməramlarımız vətənə qayıdıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov məlumat verib.

Qeyd edək ki, azərbaycanlı sülhməramlılardan ibarət qruplarının həmin ölkələrə sonuncu dəfə ezam olunması 2006-cı ilin yanvar ayında baş tutub. Həmin vaxt Kosovo, İraq və Əfqanıstana 104 sülhməramlıdan ibarət 3 qrup göndərilib. Sülhməramlılardan 90 nəfəri İraqa, 9 nəfəri Kosovaya, 5 nəfəri isə Əfqanıstana ezam olunub.

Xəbər lenti

Xəbər lenti