...

Fazil Qəzənfəroğlu: "Müxalifətçi deputat qrupuna digər millət vəkilləri də qoşulacaq"

Siyasət Materials 21 İyul 2006 12:41 (UTC +04:00)

Milli Məclisdə fəaliyyət göstərən müxalifət qrupunun güclənməsi istiqamətində iş görüləcək. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasında müsavatçı millət vəkili Aynur Quliyeva daxil olmaqla beş müxalifət partiya sədrindən ibarət deputat qrupu yaradılıb. Bu qrupdan əlavə Pənah Hüseynov daxil olmaqla 4 müsavatçı millət vəkilindən ibarət digər qrup formalaşıb. Qruplar arasında birgə əməkdaşlıqla bağlı danışıqlar isə müəyyən səbəblər üzündən alınmayıb.

F.Qəzənfəroğlu qeyd edib ki, onun təmsil olduğu müxalifət qrupu parlamentin payız sessiyasında daha aktiv fəaliyyət göstərəcək: "Bu barədə müəyyən təkliflər var. Qrupa yeni üzvlərin də qəbul olunma məsələsi var". Millət vəkili Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Fəzail İbrahimli və digər şəxslərin də deputat qrupuna üzv olacağını bildirib. Aktivliyin bundan sonra müşahidə olunacağını bildirib.

Xəbər lenti

Xəbər lenti