...

Əli Əliyev: "Azadlıq" blokunun 2008-ci il prezident seçkilərində vahid namizədlə iştirakı məsələsi sentyabrda müzakirəyə çıxarılmalıdır"

Siyasət Materials 22 İyul 2006 12:46 (UTC +04:00)

"Azadlıq" siyasi blokunun 2008-ci il növbəti prezident seçkilərində iştirakı ilə bağlı sentyabrda iş planı hazırlanmalıdır. Bu barədə Trend ə "Azadlıq" siyasi blokunun təsisçilərindən olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, seçkilərin keçirilməsinə iki il vaxtın qalmasına baxmayaraq bu prosesə indidən hazırlaşmaq lazımdır. "Azadlıq" bloku seçkiləri baykot etdiyi bir halda prezident seçkilərinə necə qatılacaq" sualımızı cavablandıran Ə.Əliyev bildirib: "Blokun prezident seçkiləri öncəsi fəaliyyət proqramını hazırlaması baykot qərarının qüvvədən düşməsi demək deyil. Seçki komissiyalarının tərkibinin dəyişdirilməsi istiqamətində mübarizənin bir yolu da məhz fəaliyyət proqramımıza daxil ediləcək".

VİP sədri onu da bildirib ki, özü növbəti prezident seçkilərində namizədliyini verməyəcək: "Bu iddiada olmadığımın məqsədi blokun seçkilərə planlı şəkildə hazırlaşmasına kömək göstərməkdir. İstərdim ki, vahid namizəd məsələsi də sentyabrda müzakirə olunsun". Ə.Əliyev onu da qeyd edib ki, blok tərəfindən Konstitusiya və digər qanunvericilik aktlarının dəyişdirilməsi istiqamətində iş aparılmalıdır, müxtəlif sahələr üzrə təkliflər paketi hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti