...

YAP-ın 2000 üzvü təkrar bələdiyyə seçkilərində namizədliyini irəli sürüb

Siyasət Materials 24 İyul 2006 17:04 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən oktyabrın 6-da bələdiyyələrdə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərdə 2000 nəfərin namizədliyi irəli sürülüb. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

O da qeyd olunub ki, partiya təkrar bələdiyyə seçkilərinə də ciddi hazırlaşır. Partiyanın təsdiq edilən proqramm əsasında seçki kampaniyasına start verilib. Bələdiyyələrə partiyanın namizədləri artıq müəyyən edilib. YAP İdarə Heyətinin qərarına əsasən 2000 partiya üzvünün namizədliyi irəli sürülüb.

YAP tərəfindən təkrar bələdiyyə seçkilərinə hazırlıq Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yüksək səviyyədə qurulub. Hazırda bələdiyyə seçkilərində namizədliyi irəli sürülən YAP üzvlərinin dairə seçki komissiyalarında qeydə alınması prosesi və digər qanunauyğun tədbirlər mütəşəkkil qaydada davam edir.

Xəbər lenti

Xəbər lenti