...

Sabir Hacıyev: "Azərbaycan daim Şimali Kipr Respublikasının mövqeyini dəstəkləyib"

Siyasət Materials 25 İyul 2006 11:30 (UTC +04:00)

Azərbaycan daim Şimali Kipr Respublikasının mövqeyini dəstəkləyib və münasibətlərimiz normaldır. Bu barədə Trend ə Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) "Barış və özgüllük" azadlıq bayramında iştirak edən Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev bildirib.

S.Hacıyev qeyd edib ki, Quzey Kıprıs Türk Cümhuriyyətində səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra əhəmiyyətli görüşlər keçiriblər: "Bayram tədbirində iştirak etmək üçün Lefkoşaya gələn Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayib Ərdoğan və xanımı, QKTC-nin prezidenti, baş naziri, parlament sədri, o cümlədən Cümhuriyyətin eks-prezidenti Rauf Denktaş ilə səmərəli görüşlər keçirdik. Eyni zamanda digər türk respublikalarından tədbirə qatılan nümayəndələrlə də söhbətlər apardıq".

Millət vəkili bildirib ki, bu görüşlər rəsmi xarakter daşımırdı: "Azərbaycan ilə Şimali Kipr arasında münasibətlər normaldır. Görüşlərimizdə yalnız bu münasibətlərin daha da inkişaf perspektivlərindən söhbət açdıq".

Qeyd edək ki, Milli Məclisin üzvlərindən Gültəkin Hacıyeva, Sabir Hacıyev, Əkrəm Abdullayev, Aydın Abbasov və Aynur Quliyeva QKTC-nin "Barış və özgüllük" azadlıq bayramında iştirak edib.

Xəbər lenti

Xəbər lenti