...

İctimai-Siyasi Təşkilatların Əlaqələndirmə Şurası sentyabr ayını ölkədə korrupsiyaya qarşı mübarizə ayı elan edib

Siyasət Materials 25 İyul 2006 14:01 (UTC +04:00)

Sentyabr ayı ölkədə korrupsiyaya qarşı mübarizə ayı elan edilib. Bu barədə Trend ə korrupsiyaya qarşı mübarizə ilə bağlı İctimai-Siyasi Təşkilatların Əlaqələndirmə Şurasının üzvü, Azadlıq Hərəkatçılar Birliyi (AHB) Ali İcra Heyətinin sədri Təhmasib Novruzov bildirib.

Onu da qeyd edək ki, korrupsiyaya qarşı birgə mübarizə aparmaq məqsədilə 20-dən artıq ictimai birlik və siyasi təşkilat bəyannamə imzalayıb. Bu sıraya Vətəndaş Həmrəyliyi Partiyası, Xalq Hərəkatçılar Partiyası, İslam-Demokrat Partiyası, Beynəlxalq Sülhsevər Birliyi, Korrupsiyaya Qarşı Mübarizə Fondu, Hüquq və Demokratik İslahatlar Mərkəzi, Azərbaycan Ziyalılar Hərəkatı və s. təşkilatlar daxildir.

Yeni yaradılan qurum koorrupsiyaya qarşı mübarizə aparmaq məqsədilə bir neçə dəfə dəyirmi massa keçirib. Qurum sentyabr ayının ölkədə korrupsiyaya qarşı mübarizə ayı, 2007-ci ili isə "Korrupsiyasız Azərbaycan" ili kimi qeyd olunmasını qərara alıb.

Xəbər lenti

Xəbər lenti