...

Ahmet Erentok: Excelsior Hotel Baku beynəlxalq standartlara cavab verir və regionda analoqu yoxdur

Siyasət Materials 25 İyul 2006 14:58 (UTC +04:00)
Ahmet Erentok: Excelsior Hotel Baku beynəlxalq standartlara cavab verir və regionda analoqu yoxdur

Bu gün Ata Holding "Excelsior Hotel Baku"-nun artıq 26 ildir ki, keçirilən "Qızıl Açar" (Gold Key Award for Excellence in Hospitality Design) müsabiqəsinə qoşulduğunu elan edib. Trend agentliyinin məlumatına əsasən, holdinqin Müşahidəçilər Şurasının sədri Ahmet Erentok mətbuat konfransında bildirib ki, Excelsior Hotel Baku - beynəlxalq standartlara cavab verən və regionda analoqu olmayan oteldir.

A.Erentok hesab edir ki, bu, ölkədə iqtisadi inkişafın nəticəsidir. Excelsior Hotel Baku regiondan bu növ müsabiqəyə qoşulan ilk oteldir.

"Bu, Azərbaycanın turizm və mehmanxana biznesi üçün vacib addımdır, çünki Ata Holding-i tanıtmaqla yanaşı, ən əsası Azərbaycanı dünyada tanıtmağa gözəl imkan yaradacaq" - deyə Ata Holding-in rəhbəri bildirib.

Ata Turizm-in idarə heyətinin sədri Emre Esenin sözlərinə görə, son 10 ildə müsabiqədə iştirak etmək üçün ən çox müraciət 2006-cı ildə müşahidə olunur. Müsabiqə 8 müxtəlif kateqoriya üzrə keçirilir. İlkin nəticələrin açıqlanması avqustda gözlənilir. Hər kateqoriya üzrə 3 otel seçiləcək, noyabrda isə müsabiqəyə yekun vurulacaq.

Excelsior Hotel Baku 5 nominasiya- sağlımlıq mərkəzinin dizaynı (artıq 12 layihə təqdim olunub), standart otel otağı dizaynı (22 layihə), qəbul zalı dizaynı (12), lüks otel otağı dizaynı (23) və ən yaxşı otel dizaynı (19). Müsabiqədə iştirak etmək üçün dünya üzrə 145 layihə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti