...

İnsan alveri ilə məşğul olan iki qadın həbs edilib

Siyasət Materials 26 İyul 2006 16:16 (UTC +04:00)

Baş Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri ilə məşğul olan iki azərbaycanlı qadın tutulub. Bu barədə Trend ə DİN BMCMİ-nin İnsan Alverinə Qarşı Mübarizə Şöbəsinin rəisi İmran Nəcəfov məlumat verib.

Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Elnarə Səttarzadə və Müşfiqabad kənd sakini Liliya Əliyeva uzun müddətdir ki, qazanc əldə etmək məqsədilə ayrı-ayrı qadınları Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə və Türkiyənin Ankara şəhərinə apararaq satırlarmış. Bununla bağlı Şöbəyə məlumat daxil olduqdan sonra şöbə əməkdaşları insan alverçiləri ətrafında əməliyyat qurublar. Onların əməlləri təsdiqini tapdıqdan sonra hər iki qadın BMCMİ tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi qaldırılıb, E.Səttarzadənin və L.Əliyevanın vasitəçiliyi ilə insan alverinin qurbanı olmuş qadınların şəxsiyyətləri və xarici ölkələrdə saxlandıqları nöqtələr müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti