...

BMT ÜƏP gələcəkdə də Azərbaycan höküməti ilə əməkdaşlığı davam etdirəcək

Siyasət Materials 27 İyul 2006 18:55 (UTC +04:00)

BMT Ümumdünya Ərzaq Proqramı (BMT ÜƏP) aralarında uşaq və qocaların olduğu qaçqınların vəziyyətinin yaxşılaşdırılması üzrə Azərbaycanın etdiyi səyləri yüksək qiymətləndirir və gələcəkdə də onunla əməkdaşlığı davam etdirəcək.

Azərbaycanın Nazirlər Kabinetindən Trend ə verilən xəbərə görə, bu barədə həmin təşkilatın icraçı direktoru Ceyms Morris ölkənin baş naziri Artur Rəsizadə ilə görüşdə bildirib.

Qaçqınların yoxsul vəziyyətinə toxunaraq, C.Morris bəyan edib ki, dünya ictimaiyyəti Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün əlindən gələni etməlidir.

Azərbaycan hökümətinin başçısı beynəlxalq humanitar təşkilatın bu qədər mötəbər nümayəndə heyətinin ölkəyə səfərini və onun üzvlərinin qaçqınların çadır şəhərciklərinə gəlməsini yüksək qiymətləndirib. Bu şəhərciklərdə onlar Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı nəticəsində zərər çəkmiş insanların necə ağır şəraitdə yaşadığına əyani surətdə əmin olublar.

A.Rəsizadə Azərbaycanın əsas problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi barədə danışaraq, Ermənistanın bu məsələdə qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib.

Baş nazir BMT Ümumdünya Ərzaq Proqramının rəhbərinə Azərbaycan qaçqınlarına göstərdiyi köməyə görə öz minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti