...

Oqtay Haqverdiyev: Korrupsiya – iqtisadi deyil, mənəvi-hüquqi kateqoriyadır

Siyasət Materials 28 İyul 2006 14:45 (UTC +04:00)
Oqtay Haqverdiyev: Korrupsiya – iqtisadi deyil, mənəvi-hüquqi kateqoriyadır

Dünya bankı 33 ölkədə keçirilmiş tədqiqatların nəticələrinə görə "Keçid dövründə korrupsiya ilə mübarizə: kim uğura nail olur və nə üçün?" hesabatını açıqlayıb. Trend in xəbər verdiyi kimi, hesabatda hər bir ölkədə deyil, hər yarımbölgədə təkmilləşmə qeyd olunur.

"Sahibkarlar Albaniya, Serbiya və Çernoqoriyada, həmçinin Qırğızıstanda rüşvət alma hallarının çoxaldığını bildirib. Azərbaycan, Çexiya Respublikası və Rusiyadakı sahibkarlar üçün korrupsiya 2002-ci ildəkinə nisbətən, 2005-ci ildə daha ciddi problem kimi qəbul olunurdu. 2002-ci ildə olduğu kimi, 2005-ci ildə, əvvəlki kimi, 33 ölkəyə nisbətən, korrupsiyanın ən pis göstəriciləri Albaniya və Qırğızıstanda qeyd olunub", - deyə hesabatda qeyd olunub.

Azərbaycanın Nazirlər Kabinetinin qiymətləndirmə, iqtisadi və maliyyə-kredit siyasəti şöbəsinin rəisi Oqtay Haqverdiyev Trend ə bildirib ki, korrupsiya elə problemdir ki, onu 1-5 il ərzində həll etmək olmaz. Azərbaycanda bu istiqamətdə tədbirlər keçirilir - Dövlət proqramı, "Korrupsiya ilə mübarizə haqqında" qanun qəbul olunub. Dövlət komissiyası antikorrupsiya tədbirlərinin müzakirəsi üçün mütəmadi olaraq toplaşır. Son görüş iyulun 26-da keçirilib.

"Korrupsiya - iqtisadi deyil, mənəvi-hüquqi kateqoriyadır. Miqyas nə qədər geniş olsa, o qədər az vəsait olur, bununla da gəlir kor-təbii surətdə paylanır. Dünyada bütün böyük dövlətlər qüvvələrini birləşdirib və son 30 il ərzində bu və ya digər problemlərin həlli üzrə bir çox konfranslar keçirilir, lakin dünya üzrə miqyaslar daha da böyüyüb", - deyə O.Haqverdiyev qeyd edib.

O hesab edir ki, bütövlükdə maddi və mənəvi-hüquqi mühitin dəyişməsi, ölkədəki həyat fəaliyyətinin yaxşılaşması ilə rüşvət və korrupsiyalar mənasız olacaq.

İlk dəfə 2004-2005-ci illərdə "İşgüzar və sahibkarlıq mühitinin xarakteristikası" tədqiqatı keçid dövrünə aid olmayan bir sıra ölkələrdə də keçirilib. Gürcüstan və Moldova sahibkarları bildiriblər ki, korrupsiya probleminin ciddiliyi azalıb, lakin bu göstərici üç il bundan əvvəl, Azərbaycan və Qırğızıstan sahibkarlarının bu problemin gücləndiyini bəyan etdikləri zaman qeyd olunan çox yüksək səviyyədən aşağı düşüb.

Tendensiyalara baxmayaraq, keçid dövründə olan əksər ölkələrin şirkətləri qeyri-rəsmi ödəmələrin çox tez-tez həyata keçirildiyi barədə xəbər verməkdə davam edir. Qırğızıstan və Albaniyadakı şirkətlərin təxminən yarısı və Rusiya, Serbiya və Çernoqoriya, Ukrayna və Azərbaycan şirkətlərinin dörddə birindən çoxu ki, rüşvətin tez-tez verildiyini bildirib. Xəbər verilib ki, müqayisə üçün götürülmüş qərbi Avropa ölkələrində (İrlandiya və İspaniya, lakin rüşvət alma hallarının daha yüksək olduğu Yunanıstan bura daxil deyil), həmçinin Sloveniya, Estoniya və Latviyada rüşvət vermə halları daha az olur. Gürcüstan və Slovakiya Respubilkasında xeyli yaxşılaşma onları 2005-ci ildə bölgədə ən yaxşı göstəricisi olan ölkələrin səviyyəsinə çatdırıb.

Ermənistan, Gürcüstan və Moldovanı əhatə edən qrupda sahibkarlıq fəaliyyətinin lisenziyalaşması zamanı, həmçinin vergi sahəsində rüşvət vermə halları daha çox qeyd olunur. Azərbaycan, Tacikistan, Özbəkistan və Qırğızıstandan ibarət qrupda vergi administrasiyasında rüşvətxorluğun əhəmiyyəti nisbətən ciddidir.

Xəbər lenti

Xəbər lenti