...

ADP Nərmanov rayon təşkilatının 15 üzvü partiyanı tərk edib

Siyasət Materials 28 İyul 2006 15:00 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) Nərimanov rayon təşkilatının 15 üzvü Azərbaycan Yolu Siyasi Hərəkatına (AYSH) qoşulub. Bu barədə Trend ə AYSH mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, artıq ADP-nin Gəncə, Xanlar, Daşkəsən, Sabirabad və Abşeron rayon təşkilatının bəzi üzvləri də iyul ayında adıçəkilən hərəkata transfer olmaları ilə bağlı bəyanat veriblər. Lakin ADP rəsmiləri belə transferlərin olmadığını bildiriblər.

ADP Nərimanov rayon təşkilatının AYSH-yə keçmələri ilə bağlı verdikləri bəyanatda bildirilib: "Biz ölkəmizin siyasət aləmində baş verən xoşagəlməz hadisələri, özlüyündə mübarizə naminə xalqın mənafeyi əvəzinə korporativ maraqlara üstünlük verilməsini ardıcıl olaraq izləməklə, müxalifət cəbhəsindəki büdrəmələrdən olduqca narazı qalırıq. Buna görə də hərəkata keçməklə bağlı qərarı öz iradəmizlə qəbul etmişik və heç bir təsirə məruz qalmamışıq".

Xəbər lenti

Xəbər lenti