...

Litva Parlamentinin vitse-spikeri və xarici işlər nazirinin müavini Milli Məclisin sədri ilə görüşüblər

Siyasət Materials 28 İyul 2006 18:44 (UTC +04:00)

Azərbaycanda qeyri-rəsmi səfərdə olan Litva Respublikası Parlamentinin vitse-spikeri və xarici işlər nazirinin müavini iyulun 28-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüblər. Trend in məlumatına görə, görüşdə əsasən, Azərbaycan və Litva parlamentlərarası münasibətlər, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Litvadan 4 nəfərdən ibarət nümayəndə heyəti Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdədirlər. Nümayəndə heyətinə Litva Seyminin (parlamenti) sədr müavini Qintaras Stepanoviçus, Litva xarici işlər nazirinin müavini Darius Yurqeleviçus, həmçinin Litvada özəl bank sahibi və beynəlxalq-ictimai təşkilatının rəhbəri daxildir.

Qonaqlar Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla da görüş keçiriblər. Onlar səfər müddətində Bakının qədim tarixi yerləri ilə tanış edilib, gəzməli yerlərində olublar. Litva nümayəndələri həmçinin səfər zamanı Azərbaycanın bəzi bölgələrində də olublar.

Litvalı qonaqlar iyulun 29-da ölkələrinə qayıdacaqlar.

Xəbər lenti

Xəbər lenti