...

Bu ilin payızında Azərbaycanda Litva Respublikasının səfirliyi açılacaq

Siyasət Materials 31 İyul 2006 11:07 (UTC +04:00)
Bu ilin payızında Azərbaycanda Litva Respublikasının səfirliyi açılacaq

Bu ilin payızında Azərbaycanda Litva Respublikasının səfirliyi açılacaq. Bu barədə Trend ə Litvanın xarici işlər nazirinin müavini Darius Yurqeleviçus məlumat verib.

O bildirib ki, səfirliyin açılmasına hazırlıq işləri gedir. Nazir müavini, həmçinin, deyib ki, Azərbaycan da öz növbəsində gələn il Litvada səfirliyini açacaq. Litva XİN rəsmisinin sözlərinə görə, gələn il Azərbaycan prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri gözlənilir. Azərbaycanın Litvada səfirliyinin açılması və dövlətlərarası digər məsələlər həmin səfər zamanı prezidentlər arasında müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti