...

XİN: "Azərbaycan işğal olunmuş ərazilərində yanğınların nəticələrinin aradan qaldırılmasında Ermənistanla əməkdaşlığa hazırdır"

Siyasət Materials 31 İyul 2006 13:21 (UTC +04:00)
XİN: "Azərbaycan işğal olunmuş ərazilərində yanğınların nəticələrinin aradan qaldırılmasında Ermənistanla əməkdaşlığa hazırdır"

"Azərbaycan işğal altında olan ərazilərində yanğınların nəticələrinin aradan qaldırılmasında Ermənistanla əməkdaşlığa hazırdır". Bu barədə Trend ə Azərbaycan XİN-in Mətbuat və İnformasiya Siyasət İdarəsinin rəisi Tahir Tağızadə Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebinin bəyanatını şərh edərkən bildirib. Bəyanatda deyilir ki, hər iki tərəf beynəlxalq dəstək göstərilməklə yanğınlarla mübarizə üzrə birgə təşkilatın yaradılmasında maraqlı olmalıdır.

Azərbaycan artıq Ermənistan XİN başçısı Vardan Oskanyanın və bu ölkənin bir sıra digər rəsmi nümayəndələrinin Azərbaycan ilə əməkdaşlığa hazır olmaları barədə bəyanatlarına öz mövqeyini bildirib", - deyə diplomat qeyd edib. "Bizim mövqeyimiz bundan ibarətdir ki, Azərbaycan yanğınların region üçün mümkün ekoloji ağır nəticələrini dərk edərək bu problemi mühüm hesab edir və bu istiqamətdə Ermənistan tərəfi ilə birgə səy göstərməyə hazırdır", - deyə T.Tağızadə bildirib.

Onun sözlərinə görə, digər tərəfdən Azərbaycan XİN başçısının ATƏT-in fəaliyyətdə olan sədri Karl de Quxta ünvanladığı məktubda yanğınların nəticələrinin aradan qaldırılması işində beynəlxalq ictimaiyyətin tərəflərə yardım etməsi üzrə konkret istiqamətlərə dair irəli sürülmüş təkliflər Azərbaycanın mövqeyinin AB-nin mövqeyi ilə tamamilə uyğun olduğunu göstərir.

Xəbər lenti

Xəbər lenti