...

Qafqaz və Mərkəzi Asiyadakı türk respublikalarında ictimai, siyasi və iqtisadi dəyişikliklər mövzusunda beynəlxalq konqres keçiriləcək

Siyasət Materials 31 İyul 2006 13:29 (UTC +04:00)

Sentyabrın 18-dən 21-dək Türkiyənin Kocaeli Universitetinin təşkilatçılığı ilə "SSRİ-nin süqutundan sonra Qafqaz və Mərkəzi Asiyadakı türk respublikalarında ictimai, siyasi və iqtisadi dəyişikliklər" mövzusunda beynəlxalq konqres keçiriləcək. Trend xəbər verir ki, konqresdə Azərbaycanın elm və siyasi xadimləri də iştirak edəcək.

Konqresin keçirilməsində məqsəd müstəqillik əldə etmiş türk respublikalarında bazar iqtisadiyyatına keçid prosesində, yeni demokratik cəmiyyətin qurulmasında ortaya çıxan problemlər, habelə bu sahələrdə birgə tədqiqat məsələlərini müzakirə etməkdir.

Konqresin təşkilat komitəsi ümid edir ki, tədbir türk dünyasının elm adamları arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Xəbər lenti

Xəbər lenti