...

Azərbaycan prezidenti yanında birinci yarımildə hökumətin fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Siyasət Materials 31 İyul 2006 14:38 (UTC +04:00)
Azərbaycan prezidenti yanında birinci yarımildə hökumətin fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib

İyulun 31-də Azərbaycan prezidentinin yanında birinci yarımildə hökumətin fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Bu barədə Trend AzTV-1 telekanalına istinadən xəbər verir.

Ölkənin müxtəlif nazirlik və idarə rəhbərləri birinci yarım il ərzində dövlət strukturlarının fəaliyyəti, ölkənin sosial-iqtisadi inkişafı üzrə görülmüş tədbirlər barədə prezidentə məlumat verib.

"Uğurlu iqtisadi siyasət Azərbaycanda adamların rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq" - deyə Azərbaycan prezidenti İlham Əliyev müşavirədə bəyan edib.

Dövlət başçısının sözlərinə görə, 2006-cı ilin birinci yarımili üzrə ÜDM səviyyəsi 36% artıb və iqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə olunur. Prezidentin fikrincə, sənaye istehsalının yüksək templə inkişaf etməsi, son 6 ayda isə 9% artması fərəhli haldır. Bu müddətdə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi də artıb. Belə ki, 6 ay ərzində Azərbaycan iqtisadiyyatına təxminən $3 mlrd. vəsait yatarılıb və bu, Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olmasından xəbər verir.

Dövlət başçısı həmçinin qeyd edib ki, birinci yarımildə əhalinin pul gəlirləri 18% artıb, inflyasiyanın səviyyəsi isə 6% təşkil edib. Orta əmək haqqı 20% qalxıb. Bu gün Azərbaycanın valyuta ehtiyatları təxminən $3 mlrd. həcmindədir. İ.Əliyev deyib ki, 6 ay ərzində Azərbaycanda təxminən 90 min yeni iş yeri açılıb, 2003-cü ilin oktyabr ayından isə bu rəqəm 435 minə bərabər olub ki, bunun 221 mini daimidir.

Azərbaycan prezidenti müşavirə iştirakçılarının diqqətini ölkədə sosial infrastrukturun inkişafına, yeni yol, məktəb, tibb və idman obyektlərinin tikintisinə yönəldib. İ.Əliyev Bakı və digər böyük şəhərlərdə kənd təsərrüfatı malları yarmarkalarının təşkilini yüksək qiymətləndirib. Dövlət başçısının sözlərinə görə, uğurlu iqtisadi siyasət Azərbaycanda adamların rifahının yaxşılaşmasına gətirib çıxaracaq.

Azərbaycanın nailiyyətləri arasında prezident Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsini qeyd edib. O, bu hadisəyə böyük iqtisadi və geosiyasi əhəmiyyət verib. Prezident qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, eləcə də ordunun maddi-texniki bazasının gücləndirilməsi kimi hökumətin qarşısında duran vəzifələrə də toxunub.

Müxtəlif nazirlik və idarələrin rəhbərləri prezidenti bu qurumların birinci yarımildəki fəaliyyəti, ölkənin sosial-iqtisadi inkişafı üzrə görülmüş tədbirlər haqqında məlumatlandırıb.

Prezident İ. Əliyev hökumət üzvlərinə ölkədə inflyasiyanın aradan qaldırılması, büdcəyə nəzarətin gücləndirilməsi, xüsusilə enerji daşıyıcıları, kommunal xidmətlər və s. görə ödənişlər sahəsində makroiqtisadi sabitliyin saxlanılmasına dair bir sıra tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti