...

"Dalğa" Gənclər Hərəkatının fəaliyyəti və qarşıdakı planlarına dair hesabat konfransı keçirilib

Siyasət Materials 1 Avqust 2006 13:20 (UTC +04:00)

Trend-i buradan izləyin

"Dalğa" Gənclər Hərəkatı fəaliyyəti, məqsədləri, həyata keçirdiyi layihələr, qarşıdakı planlarına dair hesabat verib. Trend in məlkmatına görə, avqustun 1-də Beynəlxalq Mətbuat Mərkəzində təşkilatın hesabat konfransı keçirilib.

"Dalğa" Gənclər Hərəkatının rəhbəri Ramin Hacılı bildirib ki, qurumun yaradılması, təşkilatlanması, üzvləri barədə məlumat verib, keçirdikləri görüşlər, tədbirlər haqda danışıb. Təşkilat ali təhsil müəssisələri qarşısında müxtəlif tipli aksiyalar keçirib, tələbələrin hüquqlarının müdafiəsi məqsədilə rəsmi, qeyri rəsmi şəxslərlə, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib, danışıqlar aparıb, müxtəlif məsələlərlə bağlı Təhsil Nazirliyinə müraciətlər edib. "Dalğa" Azərbaycanın bölgələrində seminar-treninqlər təşkil edib, ötən il parlament seçkilərində "exit-poll" aparıb, təhsildə rüşvətə qarşı təbliğat xarkterli tədbirlər həyata keçirib.

Təşkilat bundan sonra "Təhsil Könüllüləri" layihəsi çərçivəsində ölkənin digər rayonlarında seminar-treninqlər keçirəcək, tələbələrin magistratura probleminin həlli üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək, "Təhsil haqqında" Qanunun ictimai müzakirələrini təşkil edəcək, ali məktəb rektorlarının seçkilər yolu ilə seçilməsini gündəmdə saxlayacaq, həmçinin Azərbaycanın cənub bölgəsində qızların erkən yaşda ərə verilməsi probleminə qarşı maarifləndirmə işləri həyata keçirəcək.

Mətbuat konfransından sonra "Dalğa" Gənclər Hərəkatının yeni ofisinin açılış mərasimi olub.

Xəbər lenti

Xəbər lenti