Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən ümumi çəkisi 1711 kiloqram olan çətənə və 357 kiloqram xaş-xaş kolu məhv edilib. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları 0,8 hektar sahədə yabanı lda bitmiş çəkisi 511 kiloqram olan 3413 çətənə kolunu, 0,25 hektar sahədə bitmiş çəkisi 357 kiloqram olan 1645 ədəd xaş-xaş kolunu yığılaraq yandırıblar.
Şərur RPŞ-nin əməkdaşları isə rayon ərazisində 8 sot sahədə bitmiş çəkisi 1200 kiloqram olan 8500 ədəd çətənə kolu yığaraq məhv ediblər.