Şri-Lanka hökuməti Tamil separatçı Qiyam Qrupu ("LTTE"- Liberation Tigers of Tamil Elam) tərəfindən Şri-Lankanın Şimali və Şərqi hissələrində müstəqil bir dövlətin qurulmasını tələb etməsi nəticəsində yaranmış və neçə illərdən bəri davam edən münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Avropa Birliyinin atdığı müsbət addımları alqışlayır. Bu barədə Trend Azərbaycan XİN-in mətbuat mərkəzinə istinadən xəbər verir.
Belə ki, Şri Lankanın adı çəkilən ərazilərində bundan sonra münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün Avropa Birliyi Nazirlər Şurasının 2006-cı il may ayının 29-da Brüsseldə keçirdiyi iclasda terrorizmin bütün formaları pislənərək, "LTTE"-nin dünyanın terrorçu təşkilatlarının siyahısına daxil edilməsi haqqında müvafiq qərar qəbul edilib.