...

Rusiyanın yeni səfiri: Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur

Siyasət Materials 2 Avqust 2006 21:01 (UTC +04:00)

Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur. Bu barədə, Trend agentliyinin "AzTI" telekanalına istinadən yaydığı məlumata əsasən, avqustun 2-də Bakıya gələn Rusiyanın Azərbaycandakı yeni səfiri Vasili İstratov bildirib.

Onun sözlərinə görə, hər iki ölkə iqtisadi əlaqələri fəal inkişaf etdirir və beynəlxalq müstəvidə əməkdaşlıq edir. Diplomatın fikrincə, iqtisadi əməkdaşlıq potensialı daha böyük göstəricilər əldə etməyə imkan verir. V.İstratov bəyan edib ki, Rusiya-Azərbaycan əlaqələrində qeyri-prioritet məsələlər yoxdur və ona bu əlaqələri daha da inkişaf etdirmək tapşırığı verilib. Bundan əlavə, səfirin sözlərinə görə, Azərbaycan və Rusiya qonşudur, qonşuların isə həmişə müzakirə mövzusu olur.

Səfir əlavə edib ki, onun əsasən Amerika istiqamətində fəaliyyət göstərməsinə baxmayaraq, bu diplomatik vəzifəyə təyin edilməsi təsadüfi deyil.

Xəbər lenti

Xəbər lenti