...

43 əcnəbi Azərbaycandan deportasiya olunub

Siyasət Materials 4 Avqust 2006 16:26 (UTC +04:00)

İyun-iyul ayları ərzində 42 əcnəbi vətəndaş Azərbaycandan deportasiya olunub, 6-sının isə deportasiyası gözlənilir. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin immiqrasiya nəzarəti şöbəsinin rəisi Ələddin Səfərov məlumat verib.

Ə.Səfərovun sözlərinə görə, Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində ölkə ərazisində qanunsuz yaşayan 69 nəfər əcnəbi aşkar edilib. Məlum olub ki, həmin şəxslər son bir neçə il ərzində ölkə ərazisində qeydiyyatsız və vizasız yaşayayıblar. İlkin araşdırmalardan sonra onlardan 43 nəfəri deportasiya olunub. 6 nəfəri artıq deportasiya mərhələsindədir, qalanları isə yaşadıqları rayon polis idarələri və şöbələrində qeydiyyata düşmədiklərinə görə müvafiq qaydada cərimə olunublar.

Əcnəbi vətəndaşlardan 35-i Pakistana, 5-i Nigeriyaya, 1-i İrana, 1-i Gücrüstana, 1-i Rusiyaya göndərilib. Yaxın günlərdə isə digər əcnəbi vətəndaşlardan 2-si Banqladeşə, 1-i Nigeriyaya, 1-i Türkiyəyə, 1-i isə Paksitana göndəriləcək.

Qeyd edək ki, DİN Miqrasiya Xidməti milli təhlükəsizliyə və ictimai asayişə təhdidlər yaratmaq, transmilli cinayıətkralığın müxtəlif növləri ilə məşğul olmaq niyyəti ilə ölkəyə gələn, müvafiq icazə olmadan, etibarsız sənədlər əsasında yaşayan, yaşayış yeri seçmə və qeydiyyat qaydalarına riayət etməyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlanılması üçün əməliyyat axtarış tədbirləri həyata keçirir, həmin şəxslərin deportasiyası ilə məşğul olur.

Ə.Səfərovun sözlərinə görə, hazırda belə şəxslərin aşkar edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti