...

Azərbaycan və Rumıniya arasında əsl dostluq münasibətləri mövcuddur

Siyasət Materials 7 Avqust 2006 17:09 (UTC +04:00)

"Azərbaycan və Rumıniya arasında əsl dostluq münasibətləri var. Və bu münasibətlərin nəticəsi kimi, biz Azərbaycan və Rumıniya səfirlikləri ilə birgə Buxarestdə Azərbaycanın milli lideri Heydər Əliyevin büstünü qoyduq". Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 7-də Bakıda rəsmi səfərdə olan Buxarest şəhərinin 2-ci sektorunun meri Nikolaye Ontsanu jurnalistlərə verdiyi müsahibəsində bildirib.

"Biz bilirik ki, Azərbaycanın tarixində çətin vaxtlar olub, lakin Heydər Əiyevin hakimiyyətə gəlməsi və ölkəni idarə etməsi Azərbaycanı çətin vəziyyətdən çıxarıb. İnli Azərbaycanın iqtisadi inkişafı çox yüksək səviyyədədir. Və Heydər Əliyevin başladığı yolu prezident İlham Əliyevin davam etdirməsi bizi çox sevindirir", - deyə qonaq əlavə edib.

N.Ontsanu həmçinin qeyd edib ki, Rumıniya Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan - Rumıniya münasibətlərinin inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Merin sözlərinə görə, Azərbaycanın lideri Rumıniyda olarkən, Rumıniya prezidenti Trayan Basesku ilə görüşüb və iqtisadi əlaqələrin inkişafını, həmçinin digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib. Və Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfəri ölkələrin digər sahələrdə də əməkdaşlıq layihələrinin hazırlanacağına dəlalət edir.

Mer Rumıniyada Azərbaycan, Azərbaycanda isə Rumıniya günlərini keçirmək istədiyini bildirib. O qeyd edib ki, bakılı həmkarı ilə görüşəcək və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti