...

Kəmaləddin Heydərov: Azərbaycan hökuməti Livandakı və Fələstindəki yaralılara yardım göndərib

Siyasət Materials 7 Avqust 2006 20:12 (UTC +04:00)

Azərbaycan hökuməti Livandakı və Fələstindəki yaralılara yardım göndərib. Trend "ANS"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Nazir bildirib ki, Azərbaycan hökuməti İsraillə Livan arasında atəşkəsin yaranmasını arzulayır. "Azərbaycan hökumətinin mövqeyi yalnız bundan ibarətdir" - deyə K.Heydərov bildirib.

Lakin nazir Fələstinə və Livana Azərbaycan hökumətinin göstərdiyi yardımın konkret nədən ibarət olmasını açıqlamayıb və qeyd edib ki, yaxın gələcəkdə bu barədə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti