...

Prezident İlham Əliyev Türkiyə baş nazirinin müavinini qəbul edib

Siyasət Materials 7 Avqust 2006 20:16 (UTC +04:00)

Avqustun 7-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş nazirinin müavini, dövlət naziri Mehmet Ali Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, dövlət başçısı İstanbulda Heydər Əliyev adına parkın açılışı zamanı Mehmet Ali Şahinlə görüşü xatırladaraq ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Eyni zamanda prezident bütün qurumlar arasında bu əlaqələrin inkişaf etdirilməsi vacibliyini vurğulayıb.

Türkiyəli diplomat Azərbaycan prezidentinə Türkiyə baş naziri Rəcəb Tayyib Erdoğanın salamlarını çatdırıb. Azərbaycana ilk səfərindən bəhs edən Mehmet Ali Şahin Fövqaladə Hallar, Gənclər və İdman nazirliklərilə protokolların imzalanması haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti