...

MSK bələdiyyə seçkiləri ilə bağlı plakatlar çap etdirərək paylayıb

Siyasət Materials 8 Avqust 2006 14:56 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası seçicilərin maarifləndirilməsi ilə bağlı çoxşaxəli proqram həyata keçirir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Həmin proqram çərçivəsində MSK daha 5 adda plakat çap etdirərək aşağı seçki komissiyalarına çatdırıb və onların seçki keçiriləcək bələdiyyələrin ərazisində, əhalinin sıx olduğu yerlərə yapışdırılması tapşırığını verib. Plakatların hər biri 5 min tirajla nəşr olunub. Həmin palakatlarda seçicilər səsvermədə fəal iştirak etməyə çağrılır.

Xatırladaq ki, MSK bundan öncə hər biri 5 min tiraj olmaqla 2 müxtəlif məzmunlu plakat nəşr etdirib. Həmin plakatlar seçici siyahıları ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti