...

Güney Azərbaycanlıların hüquqlarının tapdanması məsələsi İsveç parlamentində müzakirə edilə bilər

Siyasət Materials 8 Avqust 2006 15:55 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının tapdanması ilə bağlı İsveç parlamentinə müraciət edib. Bu barədə Trend ə AMİP-in baş katibi Fuad Muxtarov bildirib.

F.Muxtarov qeyd edib ki, AMİP-in əməkdaşlıq etdiyi Moderat Partiyası İsveç parlamentində fraksiyaya malikdir: "Güney Azərbaycanda baş verən hadisələrlə bağlı həmin partiyaya məlumat vermiş, məsələnin İsveç parlamentində müzakirəyə çıxarılmasını xahiş etmişdik. Cavab gəlib ki, sentyabrın 7-də İsveç parlamentinə növbəti seçkilər keçiriləcək. Seçkilərdən sonra yeni formalaşacaq parlamentdə bu məsələni müzakirə etmək olar".

AMİP lideri Etibar Məmmədovun təşəbbüsü ilə Güneydə baş verən hadisələrlə bağlı sentyabrda Bakıda konfransın keçiriləcəyindən məlumatsız olduğunu deyən baş katib yalnız E.Məmmədovun cənublu soydaşlarımızla görüşünün olacağını bildirib. E.Məmmədov isə suallarımızı cavablandırmayıb. Bildirib ki, bütün bu məsələlərə avqustun 10-da saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçirəcəyi mətbuat konfransında aydınlıq gətirəcək.

Xəbər lenti

Xəbər lenti