...

Azadlıq Hərəkatçılar Birliyi Yaxın Şərqdə baş verən hadisələrlə bağlı bəyanat verib

Siyasət Materials 8 Avqust 2006 18:02 (UTC +04:00)

Azadlıq Hərəkatçılar Birliyi (AHB) Yaxın Şərqdə baş verən hadisələrlə bağlı bəyanat verib. Bu barədə Trend ə AHB sədri Təhmasib Novruzov bildirib.

Bəyanatda qeyd olunur ki, Yaxın Şərqdə baş verən hadisələr milliyyətindən, dinindən, irqindən asılı olmayaraq bütün sülhsevər insanları hədsiz narahat edir. Dünya dövlətlərinin ayrı-ayrı xalqlara və dövlətlərə ikili standartlarla yanaşmasının nəticəsidir ki, bu gün qloballaşmaya doğru gedən bəşəriyyət bu cür gözlənilməz faciələrlə üz-üzə qalmalı olur.

Bəyanatda daha sonra qeyd olunub ki, AHB ölkə vətəndaşlarına indiki həddən artıq ciddi tarixi məqamda səbirli olmağı, baş verənlərə dini və milli deyil, ümumbəşəri nöqteyi-nəzərdən yanaşmağı, bəzi xarici antiazərbaycan qüvvələrin yersiz çağırışlarına milli və dövlətçilik mövqeyindən münasibət bildirməyi tövsiyyə edir. AHB münaqişə tərəflərini silahı yerə qoymağa, problemləri masa arxasında danışıqlar yolu ilə həll etməyə dəvət edir.

Xəbər lenti

Xəbər lenti