...

Seçki günü üçün yaddaş kitabçası işıq üzü görüb

Siyasət Materials 10 Avqust 2006 15:50 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) 6 oktyabr 2006-cı ilə təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərə həsr olunmuş "Seçki günü üçün yaddaş kitabçası" nəşr etdirib. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Yaddaş kitabçası aşağı seçki komissiyaları üzvlərinin maariflənidirlməsi proqramı çərçivəsində nəşr olunub və məntəqə seçki komissiyalarının üzvləri üçün nəzərdə tutulub. Nəşr Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti ilə başlayır. Müraciətdə seçki orqanları sisteminin həlledici vəsilələrindən olan məntəqə seçki komissiyalarının üzərinə seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı çox böyük məsuliyyət düşdüyü xatırladılır və onların qarşısında duran vəzifələr diqqətə çatdırlır. Müraciətdə mənətəqə seçki komissiyalarının öz işlərinin öhdəsindən gəlməsində "Seçki günü üçün yaddaş kitabçası"nın böyük rol oynayacağına inam ifadə olunur.

Kitabçada bəzi seçki terminlərinin izahı, məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması qaydası, səsvermə saatlarında tədbirlər, səslərin hesablanması, səsvermənin nəticələri haqqında hesabat və s. mövzularla bağlı ətraflı izahlar və məlumatlar verilir.

Qeyd edək ki, "Seçki günü üçün yaddaş kitabçası" Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəları, Seçki Məcəlləsinin tətbiq edilməsi barədə müvafiq fərman, eləcə də Azərbaycan Respublikası Prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimat, İzah və Qaydalar əsasında hazırlanıb. Kitabçanın mətni Seçki Sistemləri üzrə Beynəlxlq Fondla (İFES) birgə işlənib hazırlanıb.

Xəbər lenti

Xəbər lenti