Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində avqustun 10-da axşam Olimpiya idman kompleksinin tikintisinin gedişatı ilə tanış olub. Bu barədə Trend xəbər verir.
Bu obyektin dəyəri təxminən 3 mln. AZN təşkil edir. Tikintini "Nurgün" şirkətlər qrupu həyata keçirir. Kompleksin 2007-ci ilin iyun ayında istifadəyə veriləcəyi nəzərdə tutulub.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 2008-ci ilin sonunadək istifadəyə veriləcək olimpiya idman komplekslərinin sayı 40-a çatacaq.