...

Bakı Ermənistan –Azərbaycan cəbhə xəttindəki yanğınlarla bağlı beynəlxalq monitorinqin keçirilməsində təkid edir

Siyasət Materials 11 Avqust 2006 16:15 (UTC +04:00)
Bakı Ermənistan –Azərbaycan cəbhə xəttindəki yanğınlarla bağlı beynəlxalq monitorinqin keçirilməsində təkid edir

Azərbaycan hesab edir ki, qoşunların təmas xəttindəki yanğınların səbəblərini dəqiq aydınlaşdırmaq üçün beynəlxalq və yerli mütəxəssislərdən ibarət ekspertlər qrupunun monitorinq keçirməsi zəruridir. Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınların səbəblərinə dair bəyanatını şərh edərkən bildirib.

A.Əzimov bildirib ki, A.Kaspşikin hesabatı yanğın faktını təsdiq edib. "Bu, bizim üçün ən əsas nəticədir. A.Kaspşik ekologiya məsələləri üzrə ekspert deyil və yanğının səbəb və nəticələrini müəyyən edə bilməz", - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, A.Kaspşik öz hesabatında sənədin siyasi xarakter daşıdığını təsdiq edir. O da hesab edir ki, hesabatın hazırlanması üçün ekspertlər qrupu ilə monitorinq keçirmək lazımdır.

A.Əzimovun fikrincə, qrupda ekologiya, həmçinin fövqəladə hallar üzrə mütəxəssislər olmalıdır.

Xəbər lenti

Xəbər lenti