...

ATƏT PA-nın Daimi Komitəsinin iclası noyabrda Maltada keçiriləcək

Siyasət Materials 11 Avqust 2006 17:40 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının (PA) qış sessiyası 2007-ci ilin yanvarında Vyana şəhərində keçiriləcək. Bu barədə Trend ə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

B.Muradova qeyd edib ki, qış sessiyasına qədər, yəni noyabrda Maltada ATƏT PA-nın Daimi Komitəsinin iclası keçiriləcək: "Bu iclasda nümayəndə heyətinin rəhbəri və katib iştirak edəcək. Bu iclasla bağlı gündəlik hələ bizə göndərilməyib". B.Muradova bildirib ki, qurumun iclaslarında hansı məsələnin müzakirəsindən asılı olmayaraq Azərbaycanın nümayəndə heyəti ölkənin üzləşdiyi problemləri hər zaman gündəmə gətirib: "Həm Ermənistanın işğalçı siyasəti, həm də digər qlobal problemlərlə bağlı məsələləri gündəmə gətirib onların müzakirəsinə çalışırıq".

Onu da bildirək ki, Azərbaycanı ATƏT PA-dakı nümayəndə heyətinə Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov, insan hüquqları məsələləri daimi komissiyasının sədri Rəbiyyət Aslanova, deputatlar Fəttah Heydərov, Fazil Qəzənfəroğlu və Azay Quliyev daxildirlər.

Xəbər lenti

Xəbər lenti