Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu polkovnik-leytenant Əlibala Vasif oğlu Rzayevə "Əməkdar incəsənət xadimi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Ə.Rzayev Azərbaycan incəsənətinin inkişafı, hərbi müsiqiçi kadrlarının hazırlanmasında səmərəli fəaliyyəti və sərhəd qoşunlarında uzunmüddətli xidmətinə görə bu ada layiq görülüb.