...

Ukrayna prezidenti sentyabrda Azərbaycana səfər etməyi planlaşdırır

Siyasət Materials 17 Avqust 2006 17:06 (UTC +04:00)
Ukrayna prezidenti sentyabrda Azərbaycana səfər etməyi planlaşdırır

Ukrayna prezidenti Viktor Yuşenko və xarici işlər naziri Boris Tarasyuk telefonla prezident və baş nazirin qarşıdakı xarici səfər və beynəlxalq əlaqələrinin qrafikini müzakirə edib.

Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, söhbət, əsasən, V.Yuşenkonun sentyabrda Azərbaycana, V.Yanukoviçin isə Brüsselə səfərindən gedib.

Söhbətin daha bir mövzusu isə xarici işlər nazirləri səviyyəsində keçiriləcək "Ukrayna-NATO" komissiyasının növbəti iclasına hazırlıqla bağlı olub.

Dövlət başçısı bildirib ki, Ukraynanın Avropa və Avroatlantik qurumlara inteqrasiyadan ibarət olan strateji məqsədi dəyişməz olaraq qalır. V.Yuşenkonun qənaətinə görə, yeni hökumət bu məqsədi gerçəkləşdirmək və Ukraynanın bu qurumlara inteqrasiyası yolunda irəliləməsini sürətləndirmək üçün səy göstərməlidir. Bu barədə İnterfaks-Ukraina xəbər verir.

Xəbər lenti

Xəbər lenti