...

Azərbaycan prezidenti Bakının tarixi və memarlıq abidələrinin bərpası və mühafizəsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 18 Avqust 2006 19:50 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, avqustun 18-də Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin tarixi və memarlıq abidələrinin bərpası və mühafizəsi haqqında sərəncam imzalayıb.

Sənəddə 1 ay müddətində təmir, xarici görünüşün bərpası, abadlıq və xüsusi işıqlandırma ilə bağlı təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur. Təkliflər Bakı şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Azərbaycan Memarlar İttifaqı və digər müvafiq qurumlar tərəfindən birgə hazırlanır.

Nazirlər Kabinetinə 2 ay müddətində Bakının tarixi və memarlıq abidələrinin bərpası üzrə dövlət proqramını hazırlayaraq prezidentə təqdim etmək tapşırılır. Nazirlər Kabineti, həmçinin, dövlət mühafizəsinə alınmış tarixi və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünü yenidən nəzərdən keçirməlidir.

Xəbər lenti

Xəbər lenti