Avqustun 19-da Azərbaycan Respublikası Baş Prokurorluğunda 2006-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası öz işinə başlayıb. Trend xəbər verir ki, kollegiya iclasına baş prokruor Zakir Qaralov rəhbərlik edir.
İclasın işində 2006-cı ilin birinci yarısı ərzində cinayətkarlığa qarşı mübarizə, məhkəmələrdə dövlət ittihamının müdafiəsini həyata keçirən qurumların əldə etdiyi müsbət göstəricilər və digər sahələrdə görülmüş işlərlə bağlı məruzələr aparılır.