...

MSK-da bələdiyyə seçkiləri ilə bağlı növbəti seminar-müşavirə keçiriləcək

Siyasət Materials 19 Avqust 2006 11:53 (UTC +04:00)

Azərbaycan Mərkəzi Seçki Komissiyasında qarşıdakı bələdiyyə seçkiləri ilə bağlı növbəti seminar-müşavirə keçiriləcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib.

O bildirib ki, seminar-müşavirədə dairə və məntəqə seçki komissiyalrının rəhbərləri (sədrlər, katiblər) iştirak edəcək. Tədbir bələdiyyə seçkilərinin ikinci mərhələsini əhatə edəcək. Bu toplantıda səsvermə gününə dair bütün prosedurlar barədə danışılacaq. Seçki sənədlərinin yoxlanması, protokolların tərtib edilməsi və digər qaydaların həyata keçirilməsi barədə komissia üzvlərinə məlumat veriləcək, proseduralar əyani şəkildə izah olunacaq.

N.Məmmədov onu da əlavə edib ki, bələdiyyə seçkilərində hazırda 4613 nəfər namizəd iştirak edir. Cəmi 14 nəfər namizədliyini geri götürüb.

Xəbər lenti

Xəbər lenti