Ümid Partiyasının ikinci qurultayı bu ilin oktyabr ayında keçiriləcək. Bu barədə Trend ə partiyanın sədr müavini Nəsimi Məmmədli məlumat verib.
O bildirib ki, qurultayla bağlı partiyanın rayon təşkilatlarının əksəriyyətində artıq konfranslar keçirilib. Ümid Partiyasının mərkəzi qərargahının nümayəndələri yerli təşkilatların işində iştirak üçün bölgələrə ezam olunublar.
N.Məmmədlinin sözlərinə görə, qurultayda partiyanın Nizamnaməsində və strukturunda dəyişikliklər ediləcək, çevik qurumlar yaradılacaq. Bölgələrdəki rayon-şəhər özəklərində yeni formada təşkilatlanma işləri aparılır. N.Məmmədli onu da qeyd edib ki, partiyanın sədri İqbal Ağazadə ikinci qurultayda yenə də sədrliyə namizədliyini irəli sürəcək. Ona alternativ olaraq namizədliyini bəyan edən hələ ki, yoxdur.