...

Azərbaycan prezidenti Amerika senatorunu qəbul edib

Siyasət Materials 21 Avqust 2006 20:02 (UTC +04:00)

Avqustun 21-də Azərbaycan prezidenti İlham Əliyev ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Riçard Luqarı qəbul edib. Bu barədə Trend xəbər verir.

Amerika-Azərbaycan əlaqələri haqqında danışan dövlət başçısı qeyd edib ki, bu əlaqələr dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır. İ.Əliyevin sözlərinə görə, onun ABŞ-a rəsmi səfərindən sonra iki ölkənin münasibətləri müxtəlif sahələrdə inkişaf edir. R.Luqarın səfərinə gəlincə, prezident qeyd edib ki, bu səfər qarşılıqlı münasibətlərin və strateji əlaqələrin göstəricisidir.

Senator ikitərəfli münasibətlərin səviyyəsindən razı qaldığını bildirib. O, Azərbaycan iqtisadiyyatının yüksək templə inkişaf etdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti