...

Azərbaycan prezidenti Ukraynanın dövlət başçısını Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 23 Avqust 2006 20:20 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın müstəqillik günü münasibətilə ölkə prezidenti Viktor Yuşenkoya təbrik məktubu göndərib.

Trend in xəbər verdiyi kimi, İ.Əliyev ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ukrayna arasında əlaqələrin inkişafı və möhkəmlənməsi, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək bundan sonra da hər iki ölkənin maraqlarına və regionda sülhün, sabitliyin və tərəqqinin təminatına xidmət edəcək. Azərbaycan prezidenti Ukraynanın dövlət başçısına sağlamlıq, xoşbəxtlik və uğur, dost Ukrayna xalqına isə həmrəylik və rifah arzulayıb.

Xəbər lenti

Xəbər lenti